Güzəştli mənzillərin satışının rəsmiləşdirilməsi ilə bağlı - AÇIQLAMA

  • 5 Avqust, 2019 11:49
Güzəştli mənzillərin satışının rəsmiləşdirilməsi ilə bağlı - AÇIQLAMA

12 iyul 2019-cu il tarixində Yasamal Yaşayış Kompleksində seçilmiş 253 mənzilin satışının rəsmiləşdirilməsi prosesi davam etdirilir.

"Finans.az" bu barədə Mənzil İnşaatı Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata əsasən, bu günə qədər 201 vətəndaşla güzəştli mənzilə dair alqı-satqı müqaviləsi bağlanıb. Digər mənzillərin satışının rəsmiləşdirilməsi müvafiq ardıcıllıqla həyata keçirilir.