Gürcüstanın xarici turizmdən gəliri 95% azalıb

  • 16 Oktyabr, 2020 11:10
Gürcüstanın xarici turizmdən gəliri 95% azalıb

Bu ilin sentyabr ayında Gürcüstan xarici turizmdən 15,7 milyon ABŞ dolları gəlir əldə edib.

“Finans.az” xəbər verir ki, bu barədə Gürcüstanın Milli Bankının hesabatında bildirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə gəlirin məbləği 302,9 milyon ABŞ dolları və yaxud 95,1% azalıb.

Sentyabrda Gürcüstan 52,1 min beynəlxalq ziyarətçi, 41,8 min turist qəbul edib. Beynəlxalq ziyarətçilərin sayında illik müqayisədə 93,8%, turistlərin sayında isə 92,2% azalma qeydə alınıb.