Gürcüstanın iqtisadiyyat naziri: “Larinin məzənnəsi möhkəmlənəcək”

  • 14 Avqust, 2019 13:11
Gürcüstanın iqtisadiyyat naziri: “Larinin məzənnəsi möhkəmlənəcək”

“İqtisadi inkişaf deməyə əsas verir ki, larinin məzənnəsi daha da möhkəmlənəcək”.

“Finans.az” xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Gürcüstan iqtisadiyyatı dayanıqlı olduğundan ölkə hər hansı bir ciddi mənfi dəyişikliklə üzləşmir: “Bu günlərdə larinin məzənnəsinin güclənməsini müşahidə edirik. Bu, bizim proqnozu təsdiq edir”.

N.Turnava milli valyutanın möhkəmlənməsi üçün Gürcüstan Milli Bankının intervensiyasına ehtiyacın olmadığını vurğulayıb.

Qeyd edək ki, qonşu ölkədə son günlər milli valyutanın dollar və avro qarşısında möhkəmlənməsi tendensiyası müşahidə olunur. Gürcüstan Milli Bankının bu günə müəyyən etdiyi məzənnəyə əsasən, 1 ABŞ dolları 2,9090 lariyə, 1 avro isə 3,2622 lariyə bərabərdir.


Mənbə: report.az