Gürcüstanın elektrik enerjisi idxalının 87,8 faizi Azərbaycanın payına düşüb

  • 23 May, 2019 14:24
Gürcüstanın elektrik enerjisi idxalının 87,8 faizi Azərbaycanın payına düşüb

Bu ilin yanvar-aprel aylarında Gürcüstan Azərbaycandan 539,446 mln.kilovatt/saat elektrik enerjisi idxal edib.

“Finans.az” xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) hesabatında bildirilib.

İlin ilk 4 ayında ölkənin idxal etdiyi elektrik enerjisinin ümumi həcmi 613,88 mln. kilovatt/saat təşkil edib ki, bunun da 87,8%-i Azərbaycanın payına düşüb.

Hesabat dövründə Gürcüstan Rusiyadan 74,430 mln. kilovatt/saat həcmində elektrik enerjisi alıb.

Yanvar-aprel aylarında Gürcüstan Azərbaycandan Türkiyəyə 23,50 mln. kilovatt/saat həcmində elektrik enerjisi tranzit edib.


Mənbə: report.az