Gürcüstanın dizel yanacağı idxalının 20%-dən çoxu Azərbaycanın payına düşüb

  • 25 Sentyabr, 2020 09:48
Gürcüstanın dizel yanacağı idxalının 20%-dən çoxu Azərbaycanın payına düşüb

Bu ilin yanvar-avqustunda Gürcüstanın dizel yanacağına olan ehtiyacının 20,5%-ni Azərbaycan təmin edib.

“Finans.az” xəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyindən bildirilib.

Məlumata görə, hesabat dövründə Gürcüstan dizel yanacağının idxalını illik müqayisədə 50,6 min ton artırıb, benzinin idxalını isə 11,3 min ton azaldıb. Dizel və benzinin ümumi tədarükündə isə 39,3 min ton və yaxud 5,8% artım qeydə alınıb.

Gürcüstan Rusiya (32,8%), Rumıniya (18,8%), Türkmənistan (8,7%), Bolqarıstan (8,6%) və Yunanınstandan (4,1%) da dizel və benzin alıb.


Mənbə: report.az