Gürcüstana idxal olunan elektrik enerjisinin 86%-i Azərbaycandandıır

  • 2 May, 2019 12:11
Gürcüstana idxal olunan elektrik enerjisinin 86%-i Azərbaycandandıır

Bu ilin yanvar-mart aylarında Gürcüstan Azərbaycandan 458,606 mln.kilovatt/saat elektrik enerjisi idxal edib.

“Finans.az” xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) hesabatında bildirilir.

Hesabat dövründə qonşu ölkənin idxal etdiyi elektrik enerjisinin ümumi həcmi 533,04 mln. kilovatt/saat təşkil edib. Gürcüstanın elektrik enerjisi idxalının 86%-i Azərbaycanın payına düşüb.

Birinci rübdə Gürcüstan Rusiyadan 74,430 mln. kilovatt/saat həcmində elektrik enerjisi tədarük edib.

Yanvar-mart aylarında Gürcüstan ərazisi ilə Azərbaycandan Türkiyəyə 14,82 mln. kilovatt/saat həcmində elektrik enerjisi ötürülüb.


Mənbə: report.az