Gürcüstanın Azərbaycandan elektrik enerjisi idxalı 17% artıb

  • 4 Mart, 2021 14:29
Gürcüstanın Azərbaycandan elektrik enerjisi idxalı 17% artıb

Bu ilin yanvar-fevral aylarında Gürcüstan 827,8 milyon kilovatt/saat həcmində elektrik enerjisi tədarük edib.

“Finans.azxəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) hesabatında bildirilib.

Sənədə əsasən, idxalın 299,7 milyon kilovatt/saatı və yaxud 36,2%-i Azərbaycanın payına düşüb. İllik müqayisədə həcm 16,7% artıb.

Son 2 ayda Gürcüstanın əsas elektrik enerjisi tədarükçüsü 521 milyon kilovatt/saatla Rusiya olub.


Mənbə: report.az