Gürcüstanın Azərbaycana ixracı azalıb

  • 21 Sentyabr, 2020 11:08
Gürcüstanın Azərbaycana ixracı azalıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycana 284,2 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

“Finans.az” xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

İllik müqayisədə qonşu ölkənin Azərbaycana ixracı 11,9% azalıb.

8 ay ərzində Azərbaycan Gürcüstanın ümumi ixracında 13,7% payla qonşu ölkənin Çindən sonra II əsas ixrac tərəfdaşı olub.


Mənbə: report.az