Gürcüstanın Azərbaycana ixracı 14% artıb

  • 19 May, 2020 11:55
Gürcüstanın Azərbaycana ixracı 14% artıb

Bu ilin yanvar-aprel aylarında Gürcüstandan Azərbaycana 145 164,0 min ABŞ dolları həcmində məhsul ixrac olunub.

“Finans.az” xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

İllik müqayisədə qonşu ölkənin Azərbaycana ixracı 13,9 % artıb.

Hesabat dövründə Azərbaycan Gürcüstanın ümumi ixracında 14,5% payla qonşu ölkənin birinci əsas ixrac tərəfdaşı olub.


Mənbə: report.az