Gürcüstan Azərbaycandan qaz idxalını 12% artırıb

  • 19 İyun, 2019 12:03
Gürcüstan Azərbaycandan qaz idxalını 12% artırıb

Bu ilin yanvar-may aylarında Gürcüstan Azərbaycandan 925 106,9 kubmetr təbii qaz idxal edib.

"Finans.az" xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında qeyd olunub.

Bu, həcm baxımında ötən ilin yanvar-may ayları ilə müqayisədə 11,8% çoxdur.

Gürcüstanın Azərbaycandan aldığı təbii qazın ümumi dəyəri 156 mln. 689,2 min dollara bərabər olub.

İllik müqayisədə Azərbaycandan qonşu ölkəyə ixrac olunmuş qaz məbləğ baxımından 11 004,6 dollar və ya 7,55% çoxdur.


Mənbə: report.az