Gürcüstan Azərbaycandan elektrik enerjisi idxalını kəskin azaldıb

  • 16 Oktyabr, 2020 16:05
Gürcüstan Azərbaycandan elektrik enerjisi idxalını kəskin azaldıb

Bu ilin ilk 9 ayında Gürcüstan 926,86 milyon kilovatt/saat həcmində elektrik enerjisi tədarük edib.

“Finans.az” xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) hesabatında bildirilib.

İdxal həcminin 450,184 milyon kilovatt/saatı və yaxud 48,6%-ni Azərbaycan təmin edib.

İllik müqayisədə Azərbaycanın Gürcüstana ixrac etdiyi elektrik enerjisinin həcmi 370,686 milyon kilovatt/saat və yaxud 45% azalıb.

Cari ilin yanvar-sentyabrında Gürcüstan vasitəsilə Azərbaycandan Türkiyəyə 101,79 milyon kilovatt/saat həcmində elektrik enerjisi tranzit olunub.


Mənbə: report.az