Gürcüstan Azərbaycandan 60 mln. kilovatt/saat elektrik enerjisi alıb

  • 2 Oktyabr, 2019 12:17
Gürcüstan Azərbaycandan 60 mln. kilovatt/saat elektrik enerjisi alıb

Ötən ay Gürcüstan 185 mln. kilovatt/saat elektrik enerjisi idxal edib.

“Finans.az” xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) yaydığı məlumatda bildirilib.

İllik müqayisədə qonşu ölkənin elektrik enerjisi idxalında, təxminən, 33% artım qeydə alınıb.

Sentyabr ayında Gürcüstan Rusiyadan 125 mln. kilovatt/saat, Azərbaycandan 60 mln. kilovatt/saat elektrik enerjisi tədarük edib.

Qeyd edək ki, yanvar-avqust aylarında qonşu ölkə, ümumilikdə, 835,19 mln. kilovatt/saat həcmində elektrik enerjisi idxal edib ki, bunun da 760,538 mln. kilovatt/saatı və yaxud 91,06%-i Azərbaycanın payına düşüb.


Mənbə: report.az