Gürcüstan Azərbaycana 543 ton şaftalı ixrac edib

  • 3 Avqust, 2020 14:34
Gürcüstan Azərbaycana 543 ton şaftalı ixrac edib

Avqustun 2-nə olan məlumata görə, bu il Gürcüstan Azərbaycana 543 ton şaftalı ixrac edib.

“Finans.az” xəbər verir ki, bu barədə Gürcüstan Ətraf Mühitin qorunması və Kənd Təsərrüfatı nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycana ixrac ümumi ixracın 3%-ni təşkil edib.

Bu il Gürcüstandan ümumilikdə 16 273 ton şaftalı və alma ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,521 ton çoxdur.

Hesabat dövründə Gürcüstan ən çox məhsulu Rusiya Federasiyasına (62% - 10 108 ton) ixrac edib.


Mənbə: apa.az