"Günay Sığorta"nın səhmdarlarının sayı azalıb

  • 3 Sentyabr, 2019 14:39

"Günay Sığorta" ASC-nin səhmdarlarının sayı 3-dən 2-yə enib.

"Finans.az" xəbər verir ki, sığorta şirkətində 11,45% paya sahib olan Xanım Məmmədovanın payı Mahmud Məmmədova keçib. Bununla da Mahmud Məmmədovun payı 16,61%-dən 28,06%-ə qalxıb.

"Günay Sığorta" ASC-nin digər səhmdarı isə 71,94% payla Yeganə Şirinovadır.