"Günay Sığorta"nın rəhbərliyində dəyişiklik olub

  • 3 Sentyabr, 2019 14:04

"Günay Sığorta" ASC-nin İdarə Heyətinə yeni üzv təyin olunub.

"Finans.az" xəbər verir ki, bu, Leyla Hüseynovadır. L. Hüseynova bu vəzifədə Kənan Əskərovu əvəz edib.

Qeyd edək ki, L. Hüseynova “Şəbəkə Sığorta Brokeri” MMC-nin direktoru vəzifəsini icra edib.

Xatırladaq ki, "Günay Sığorta" ASC-nin İdarə Heyətinin digər üzvləri Gülnarə Cavadova və İlkin Mirzəyevdir.