“Günay Sığorta”nın rəhbəri yenidən dəyişib

  • 17 Sentyabr, 2020 11:28
“Günay Sığorta”nın rəhbəri yenidən dəyişib

“Günay Sığorta” ASC-nin İdarə Heyətinə (İH) yeni sədr əvəzi təyin edilib.

“Finans.az” xəbər verir ki, şirkətə rəhbərlik Sabir Quliyevə həvalə olunub.

Xatırladaq ki, “Günay Sığorta”nın İH-nin sədri Aqşin Cahangirov ötən ay vəzifəsini tərk edib. Onun qısa müddətdə İH-nin üzvü Gülnarə Cavadova əvəz edib.

"Günay Sığorta" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 7,7 milyon manatdır. Şirkətin səhmlərinin 71,94%-i Yeganə Məmməd qızı Şirinovaya ("Günay Bank" ASC-nin 38,94%-lik səhmdarı), 28,06%-i isə Mahmud Məmmədova ("Günay Bank"ın 52,13%-lik səhmdarı və Müşahidə Şurasının sədri) məxsusdur.


Mənbə: report.az