“Günay Bank” növbədənkənar ümümi yığıncaq çağırır

  • 17 Sentyabr, 2020 08:57
“Günay Bank” növbədənkənar ümümi yığıncaq çağırır

“Günay Bank” ASC-nin səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcək.

"Finans.az" xəbər verir ki, tədbir 23 oktyabr 2020-ci il tarixində, saat 10:00-da Bankın Bakı şəhəri, Nərimanov rayonu, ev 3a ünvanında yerləşən inzibati binasında baş tutacaq.

Yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulub:

1. Müşahidə Şurasının üzvlərinin tərkibinə baxılması və təsdiq edilməsi barədə.

2. 2020-ci ilin birinci yarım ili üzrə hesabatın təhlili barədə.

3. Digər məsələlər barədə.