Görmə məhdudiyyətli insanlar üçün mobil proqram təqdim edildi

  • 15 Mart, 2019 16:58
Görmə məhdudiyyətli insanlar üçün mobil proqram təqdim edildi

“Microsoft” “Seeing AI” mobil proqramının yeni versiyasını təqdim edib.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, bu proqram kompüter görmə sisteminin köməyi ilə görmə məhdudiyyətli insanların smartfon və ya kompüterdə şəkillərə “baxmasına” imkan yaradacaq.

Proqramın işləməsi üçün istifadəçi ekrandakı şəkilə toxunmalıdır. Kompüter görmə sistemi təsvirin detallarını tanıyaraq onları dinamik və ya qulaqlıqlar vasitəsilə səsləndirir.

“Seeing AI” proqramı “iOS” əməliyyat sistemi ilə çalışan qurğularda işləyəcək. Proqramı "Appe Store" və "Google Play"dan ödənişsiz yükləmək mümkündür.