“Google”un yeni smartfonu satışa çıxarılacaq - BU TARİXDƏN

  • 4 avqust, 2020 13:16
“Google”un yeni smartfonu satışa çıxarılacaq - BU TARİXDƏN

Dünya bazarına artıq telefon brendi olaraq da girən “Google” şirkəti yeni “Pixel 4a” modelli smartfonunu təqdim edib.

“Finans.az” xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

“Pixel 4a” telefonunu təqdim edirik. “Google”un əlverişli qiymətə səmərəli telefonu”, - şirkətdən bildirilib.

Yeni smartfon 5,81 düym ekrana, 6 GB operativ, 128 GB daxili yaddaşa malikdir.

Qeyd olunub ki, “Pixel 4a” artıq bu ayın 20-dən etibarən satışa çıxarılacaq. Smartfonun qiyməti 349 ABŞ dolları olacaq.


Mənbə: report.az