"Google" şirkətinin smart ekranlı səsgücləndiriciləri -FOTO

  • 8 Oktyabr, 2018 12:20

"Google" şirkəti yaxın zamanda smart ekrana sahib səsgücləndirici cihazını istifadəçilərinə təqdim edəcəyini açıqlayıb.

"Finans.az" xəbər verir ki, "My Smart Price" adlı mənbə sözügedən cihazın fotolarını yayıb.

"Google" şirkətinin yeni cihazı "Google Home Hub" adlanacaq. Cihaz 7 inç LCD ekranla təchiz olunmalıdır. Həmin ekranda isə həmişə avtomatik olaraq zaman və hava haqqında məlumatlar əks olunacaq. Bundan əlavə olaraq ağıllı səsgücləndirici vasitəsilə musiqiyə qulaq asmaq, onun ekranında fotolara baxmaq və sizə lazım olan yerə kimi ən qısa yolu tapmaq mümkün olacaq. Həmçinin, "Google Home Hub" iki diapazonlu Wi-Fi sistemi, Bluetooth və Google Assistant səsli köməkçisinə sahib olacaq. Çox güman ki, "Google Home" Hub 9 Oktyabr tarixində yeni Pixel smartfon modelləri ilə birlikdə təqdim olunacaq.

Qeyd edək ki, cihazın qiyməti 150$ təşkil edəcək.