“Google” şirkəti “Stadia” servisi ilə yeni bazara çıxır

  • 20 Mart, 2019 11:54
“Google” şirkəti “Stadia” servisi ilə yeni bazara çıxır

“Google” korporasiyası oyun striminqi bazarına daxil olur.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, şirkət San-Fransiskoda keçirilən developerlər konfransı çərçivəsində yeni servisi “Stadia” haqda məlumat verib.

Qeyd olunur ki, bu servis “oyunlar üçün Netflix” kimi səciyyələnir. O, insanlara smartfondan ağıllı televizora kimi istənilən qoşulan cihazda arzuladıqları oyunları oynamaq imkanı verəcək. “Stadia” artıq yenilənmə tezliyi 60 kard/saniyə olan 4K icazəsini dəstəkləyir. Gələckdə 8K-nın da dəstəklənəcəyi gözlənilir.

Servis developerlərə öz oyunlarını yeni üsulla, yəni “YouTube” və “Twitch”də birbaşa yayım vasitəsilə satmaq imkanı verəcək. Belə ki, “YouTube”da hər hansı oyunun treylerinin sonunda çıxan “Oynamaq” düyməsini basmaqla həmin oyun “Chrome” brauzerində açılacaq və bundan sonra oynaq mümkün olacaq.