"Google" qatlanan smartfon buraxa bilər - FOTO

  • 15 Mart, 2019 10:22

"Google" qatlana bilən smartfon buraxa bilər.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, son zamanlarda trend olan və bir çox smartfon istehsalçısının maraq göstərdiyi qatlana bilən smartfon bazarına "Google" da qoşula bilər. Belə ki, şirkətin sözügedən modellə bağlı patent aldığı iddia edilir.

"Huawei" və "Samsung"un qatlana bilən smartfon modellərini tanıtmasının ardından digər markalar da bənzər məhsulları bazara təqdim edəcəklərini bildiriblər. Sızdırılan patentə görə isə "Google"un qatlana bilə smartfon özəllikləri "Motorola"nın eyni modeli ilə oxşarlıq təşkil edir.