"Google" oyun platformasını tanıtdı, 3 günə 22% bahalaşdı

  • 23 Mart, 2019 13:40

"Google"ın bulud texnologiyalı oyun xidməti "Stadia"nı təqdim etməsinin ardından ABŞ fond birjalarında əməliyyat görən AMD şirkətinin səhmləri kəskin bahalaşıb.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, "Google" oyun platformasında AMD-nin (Advanced Micro Devices) texnologiyalarından istifadə etdiyini bildirib. Bunun ardından, "Nasdaq" birjasında AMD-nin səhmləri dəyər qazanmağa başlayıb. Belə ki, 19 mart tarixindən etibarən şirkətin səhmləri 3 gün ərzində təxminən 22% dəyər qazanıb.

Mart ayının 18-də 23 dollar olan AMD səhmləri "Stadia" oyun platformasının rəsmi buraxılışından sonra 28 dollara yüksəlib.

Qeyd edək ki, AMD (Advanced Micro Devices) kompüter prossesorları düzəldən kommersiya şirkətidir. Əsas məhsullarına serverlər, işçi stansiyalar (workstation) və şəxsi kompüterlər üçün düzəldilmiş mikroprossesorlar, ana plataçipləri, GPUlar daxildir. AMD x86 arxitekturalı mikroprosessorların ikinci ən böyük qlobal təminatçısıdır.