"Google" mənzil bazarına daxil olur - 1 milyard dollar ayırdı

  • 19 İyun, 2019 13:59

ABŞ-ın texnologiya nəhəngi "Google" San-Fransiskoda mənzil böhranını azaltmaq üçün hərəkətə keçib.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, şirkət Silikon vadisinin də yerləşdiyi bölgədə inşa ediləcək yeni mənzillər üçün 1 milyard dollar məbləğində vəsait ayırdığını bildirib. Sözügedən investisiya ilə 10 il ərzində 20 min mənzilin tikilməsi planlaşdırılır.

Qeyd edək ki, San Fransisko həm mənzil, həm də ofis kirayəsinin ən baha olduğu şəhərlərdən biridir. Burada bir mənzilin hətəlik orta kirayə məbləği 720 dollara, ofis kirayəsi isə 1050 dollara bərabərdir. "Google"ın mənzil tikintisinə investisiyası isə məhz yüksək qiymətlərə təsirlə bağlıdır.