Google-ın ana şirkətinin dəyəri 871 milyard dollara yüksəlib

  • 25 İyul, 2018 10:59
Google-ın ana şirkətinin dəyəri 871 milyard dollara yüksəlib

New York birjasında dünən gün sonunda 1211 dollar olan Alphabet şirkətinin səhmləri bu gün 5,3% yüksələrək 1275 dollara qədər bahalaşıb.

Belə ki, Google-ın təsisçi şirkəti olan Alphabetin səhmləri tarixindəki ən yüksək səviyyəyə çatıb.

Finans.az xəbər verir ki, nəticədə, ABŞ-ın ən bahalı 3-cü şirkəti mövqeyinə gələn Alphabet-in bazar dəyəri 44 milyard dollar artaraq 871 milyard dollara yüksəlib.

Analitiklər, Alphabet-in açıqladığı ikinci rüb üzrə maliyyə göstəricilərinin şirkətin hissələrinə olan tələbi artırdığını qeyd edib.

Bu göstəricilərə əsasən, şirkətin bu ilin ikinci rübündə gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,6% artaraq 32,66 milyard dollara çatıb.


Mənbə: haberturk.com