“Google” bulud həlləri sahəsində işləyən startapı 2,6 milyard dollara alır

  • 7 İyun, 2019 09:04
“Google” bulud həlləri sahəsində işləyən startapı 2,6 milyard dollara alır

“Google” korporasiyası bulud həlləri istiqamətində fəaliyyət göstərən “Looker” şirkətinin alınması barədə razılaşıb.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, sövdələşmənin dəyəri 2,9 milyard dollar təşkil edir və bütövlüklə nağd vəsaitlər hesabına ödəniləcək. Əqd bağlanandan sonra “Looker” “Google Cloud”un tərkininə daxil ediləcək.

Qeyd edilir ki, bu alış 2014-cü ildə “Google”ın 3,2 milyard dollara ağıllı ev üçün cihazlar istehsal edən “Nest”i əldə etməsindən sonra ən iri sovdələşmədir.

“Looker” 2012-ci ildə təsis edilən ABŞ şirkətidir. Startap “Amazon”, “Sony” “IBM” və “Lyft” daxil olmaqla 1,7 min şirkətin istifadə etdiyi biznes analitika platforması hazırlayıb.