“Google” bu şirkətə 4,4 milyard dollar yatıracaq

  • 15 iyul, 2020 15:41
“Google” bu şirkətə 4,4 milyard dollar yatıracaq

ABŞ-ın “Google” korporasiyası Hindistanın telekommunikasiya nəhəngi "Jio Platform"a 4,4 milyard ABŞ dollarından çox sərmayə yatıracaq.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, bununla da “Google” Hindistan şirkətinin 7,7% səhmlərinə sahib olacaq.

Qeyd edilir ki, "Jio Platform" bazar dəyəri 150 milyard dolları keçən ilk Hindistan şirkəti "Reliance Industries Limited"in törəməsidir. "Jio Platform" indiyə kimi “Facebook”, “General Atlantic”, “Intel” kimi şirkətlərdən 21 milyard dollar cəlb edib.