Gömrük Komitəsinə məxsus avtomobillər satışa çıxarılır: 1250 manatdan

  • 28 Oktyabr, 2019 09:59
Gömrük Komitəsinə məxsus avtomobillər satışa çıxarılır: 1250 manatdan

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 26 noyabr 2019-cu il tarixdə keçiriləcək hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.

"Finans.az" xəbər verir ki, nəqliyyat vasitələri Dövlət Gömrük Komitəsi, Ədliyyə Nazirliyi, Mərkəzi Seçki Komissiyası, Ali Məhkəmə və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə məxsusdur:

S/N

Balanssaxlayıcı müəssisənin adı

Avtonəqliyyat vasitəsinin markası

Buraxılış ili

Start qiyməti

(manatla)

10% beh

(manatla)

1.

Azərbaycan Respublikası Dövlət Gömrük

Komitəsinin Avtomobil Nəqliyyatı İdarəsi

Nissan Maxima

2004

2500

250

2.

Azərbaycan Respublikası Dövlət Gömrük

Komitəsinin Avtomobil Nəqliyyatı İdarəsi

Nissan Maxima

2004

2250

225

3.

Azərbaycan Respublikası Dövlət Gömrük

Komitəsinin Avtomobil Nəqliyyatı İdarəsi

Nissan Maxima

2004

3000

300

4.

Azərbaycan Respublikası Dövlət Gömrük

Komitəsinin Avtomobil Nəqliyyatı İdarəsi

Peugeot 406 ST

2003

1250

125

5.

Azərbaycan Respublikası Dövlət Gömrük

Komitəsinin Avtomobil Nəqliyyatı İdarəsi

Hyundai Sonata

2003

2000

200

6.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

Nissan Maxima

2005

4000

400

7.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası

İsuzu NHR55E yük

2007

12000

1200

8.

Azərbaycan Respublikası Ali Məhkəməsi

Skoda Octavia

2003

6000

600

9.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası

üzrə Dövlət Xidməti

Toyota Prado

2008

10000

1000

Qeyd edək ki, 1-5-ci sətirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Avtomobil Nəqliyyatı İdarəsinin balansında olan nəqliyyat vasitləri 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır.

6-cı sətirdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin balansında olan nəqliyyat vasitləsi 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır.

7-ci sətirdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının balansında olan nəqliyyat vasitəsi 2-ci dəfə təkrar hərraca çıxarılır.

Qeyd: Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e–emdk.gov .az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

  1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)
  2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)