Gömrük işçisini aldatmaq istədi, yalanı ortaya çıxdı

  • 26 Sentyabr, 2018 15:43
Gömrük işçisini aldatmaq istədi, yalanı ortaya çıxdı

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına "Ford Tranzit 100 LD" markalı nəqliyyat vasitəsi ilə gələn Gürcüstan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Finans.az xəbər verir ki, Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama nəticəsində, nəqliyyat vasitəsinin ön qapılarının və yan karnizinin içərisində gizlədilmiş 800 ədəd üzərində "Big Cracker" yazısı olan pirotexniki vasitə aşkar edilib.


Mənbə: customs.gov.az