Gömrük büdcəyə ödəmələri 2% azaldıb

  • 10 Mart, 2020 12:13
Gömrük büdcəyə ödəmələri 2% azaldıb

Bu ilin fevral ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcəyə 329,605 milyon manat vergi və rüsum daxil olub ki, bu da ötən ilin fevral ayına nisbətən 6,428 milyon manat və yaxud 1,9% azdır.

"Finans.az" xəbər verir ki, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlar illik müqayisədə 14,144 milyon manat və yaxud 19,6% artaraq 86,309 milyon manat olub.

ƏDV üzrə daxilolmalar 18,563 milyon manat və yaxud 7,5% azalaraq 230,080 milyon manat, aksizlər üzrə daxilolmaları 2,214 milyon manat və yaxud 18,4% azalaraq 9,834 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 205 min manat və yaxud 6,45% artaraq 3,382 milyon manat təşkil edib.


Mənbə: report.az