General Electric Dow Jones indeksini tərk edir

  • 20 İyun, 2018 11:58
General Electric Dow Jones indeksini tərk edir

General Electric konserni, ABŞ-da ən çox kotirovka olunan 30 şirkətin səhmlərini özündə əks etdirən Dow Jones Industrual Average indeksini tərk edir.

Finans.az rbc.ru-ya istinadən xəbər verir ki, General Electric-in səhmləri indeksdən artıq 26 iyundan xaric ediləcək, və onların yerinə pərakəndə əczaçılıq şəbəkəsi Walgreens Boots Alliance Inc.-in səhmləri gələcək.

General Electric 1907-ci ildən fasiləsiz olaraq bu indeksə daxildir. Son 12 ayda onun səhmləri yarıdan çox dəyərdən düşərək, indeksə daxil olan qiymətli kağızların ən ucuzuna çevrilib. Hazırda korporasiya öz aktivlərini satır, restrukturizasiya işləri aparır, dividentləri azaldır və bəzi sənaye avadanlıqlarına dünya üzrə tələbatın azalması ilə üzləşib.