Gəncədə 900-dən çox məcburi köçkün ailəsi üçün bina tikiləcək

  • 4 Fevral, 2019 17:46
Gəncədə 900-dən çox məcburi köçkün ailəsi üçün bina tikiləcək

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Göyçay rayonunda 80 mənzilli yaşayış binası tikəcək.

“Finans.az” xəbər verir ki, tikintisi işlərini “AZ.İnşaat-M.V.” ММC şirkəti yerinə yetirəcək.

Beləliklə, məcburi köçkün ailələri üçün zəruri texniki infrastrukturu olan binanın tikintisi üçün fond şirkətə 4 891 447 manat ödəniş edəcək.

Bundan başqa, fond Gəncə şəhəri ərazisində yataqxanalarda müvəqqəti məskunlaşmış 1500 (1-ci mərhələdə 904 ailə) məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsinin layihələndirməsi işlərini “Azərdövləttikintilayihə” DLİ-yə həvalə edib.

Bununla bağlı, fond və institut arasında dəyəri 867 175 min manat müqavilə imzalanıb.