Gəncə AYİB-in infrastruktur maliyyələşdirməsindən bəhrələnəcək

  • 4 Mart, 2020 14:50
Gəncə AYİB-in infrastruktur maliyyələşdirməsindən bəhrələnəcək

Azərbaycanın ikinci ən böyük şəhərində yaşayan 300 min nəfərdən çox əhalisi olan Gəncə şəhəri Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında əməkdaşlıq çərçivəsində şəhər ərazisində aparılacaq təkmilləşdirmələrdən bəhrələnəcək.

"Finans.az" xəbər verir ki, Gəncədə infrastrukturun və yaşayışın yaxşılaşdırılması Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və AYİB-in birinci vitse-prezidenti Jurgen Rigterink arasında bu gün Bakıda keçirilən görüşün əsas mövzusu olub.

Görüşdə Azərbaycanın qərbində yerləşən Gəncə şəhərinin Bankın investisiya qoyuluşu etdiyi ölkələrdə 40 şəhərin inkişafına dəstək olmuş AYİB-in uğurlu şəhər dayanıqlılıq proqramına qoşulmaqda maraqlı olduğu qeyd edilib.

Proqramın tərkib hissəsi kimi, AYİB ətraf mühit problemlərinin aşkar edilməsi, prioritetləşdirilməsi və həlli üçün Yaşıl Şəhər üzrə Tədbirlər Planının işlənib hazırlanmasında Gəncəyə kömək göstərəcək. Bank həmçinin şəhərin küçə işıqlandırma sisteminin, şəhəri nəqliyyatı, su və çirkab su ilə bağlı xidmətlərin, bərk tullantıların idarə edilməsi, mərkəzi istilik sistemi və bərpa olunan enerji infrastrukturunun yenilənməsi və inkişaf etdirilməsi ilə bağlı layihələri maliyyələşdirməyə hazırdır.

AYİB-in Yaşıl Şəhərlər Proqramı şəhərlərin öz sakinlərinin həyat keyfiyyətini yüksəltməyə kömək üçün əlçatan dəstəyi təklif etmək məqsədi ilə yaradılıb. Proqramda iştirak edən bütün şəhərlər öz yerli mühitini yaxşılaşdırmağı hədəfləyən ilk layihəni həyata keçirdikdən sonra, AYİB-in köməyi ilə öz ehtiyaclarına ən uyğun gələn növbəti investisiya və siyasət dəyişikliklərini müəyyən etmək üçün tədbirlər planı hazırlamağa başlayır.

Dünyada enerjinin 70 faizini istehlak edən və istixana qaz emissiyalarının 80 faizi payına düşən şəhərlər iqlim dəyişikliyi və ətraf mühitin məhvini dayandırmaq üçün böyük imkan vəd edir. Bu hal xüsusilə AYİB-in fəaliyyət göstərdiyi şəhərlər üçün xüsusilə aktualdır. Belə ki, bu şəhərlərdə köhnə şəhər infrastrukturları vətəndaşların həyat keyfiyyətini aşağı salır, istixana qaz emissiyalarını artırır və sakinlərin iqlim dəyişikliyinin şərtlərinə uyğunlaşmasına çətinlik yaradır.

AYİB Azərbaycanda aparıcı institusional investorlardan biridir. İndiyədək AYİB Azərbaycanda 168 layihəyə 3,3 milyard avro investisiya qoyub. Bank həmçinin yerli kiçik və orta sahibkarlıq müəssisələrinə biznes məsləhət xidməti göstərir və mindən çox şirkətin göstəricilərini yaxşılaşdıraraq inkişafına yardım edib.


Mənbə: report.az