Gənc sahibkarlara güzəştli kreditlər üzrə faiz dərəcəsi 7%-dən çox olmayacaq

  • 10 Dekabr, 2019 15:44
Gənc sahibkarlara güzəştli kreditlər üzrə faiz dərəcəsi 7%-dən çox olmayacaq

Kiçik sahibkarlığa dəstək üçün güzəştli kreditlərin verilməsi mexanizmi üç paketə bölünəcək.

"Finans.az" xəbər verir ki, bunu Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov deyib.

O bildirib ki, mexanizm kiçik, orta və böyük güzəşt paketlərinə bölünəcək. Kreditin minimal məbləği 1000 manat, maksimal məbləği 50 min manat təşkil edəcək.

Fond direktoru bildirib ki, kredit üzrə maksimal faiz dərəcəsi 7 faizdən çox olmayacaq.

F.Cəfərov əlavə edib ki, mexanizm gələn ildən tətbiq olunacaq.


Mənbə: az.trend.az