Gəmi ilə gedən sərnişinlərin sayı çoxalıb

  • 19 Fevral, 2019 10:20
Gəmi ilə gedən sərnişinlərin sayı çoxalıb

Dəniz nəqliyyatı ilə cari ilin yanvar ayında daşınmış yüklərin həcmi 524,5 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 23,3% azalıb.

Dövlət Statistika Komitəsindən “Finans.az”a verilən məlumata görə, yüklərin 34,1%-ni neft yükləri təşkil edib.

Dəniz limanları tərəfindən 727,8 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 641,6 min tonunu və ya 88,2%-ni tranzit yükləri təşkil edib. Cari ilin fevral ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 19,7 min ton olub.

Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 71,4% artaraq 1,2 min nəfər olub.