Gələn ildən Azərbaycanda mobil nömrələrlə ödəniş etmək mümkün olacaq

  • 19 Dekabr, 2019 11:16
Gələn ildən Azərbaycanda mobil nömrələrlə ödəniş etmək mümkün olacaq

“Azercell Telekom” MMC yeni ildən müştəriləri ilə bağladığı abunə müqaviləsinə yeni maddə əlavə edəcək.

“Finans.az” xəbər verir ki, söhbət şirkətin abunəçilərinə mobil nömrə ilə ödəniş etmək imkanı yaratmasından gedir.

Yeni maddədə deyiləcək: "Telekommunikasiya xidmətlərinin göstərilməsi müqabilində ödənilən vəsaitlərdən, müxtəlif xidmət və malların alınması ilə əlaqədar abunəçinin müəyyən etdiyi təyinat üzrə bank və sair təşkilatlar vasitəsilə ödənişlərin həyata keçirilməsi üçün istifadə edilə bilər”.


Mənbə: report.az