Gələn il üçün Vergi Məcəlləsində dəyişikliklər gözlənilirmi? - NAZİRDƏN AÇIQLAMA

  • 13 İyun, 2019 11:47
Gələn il üçün Vergi Məcəlləsində dəyişikliklər gözlənilirmi? - NAZİRDƏN AÇIQLAMA

2020-ci il üçün əhəmiyyətli vergi dəyişiklikləri planlaşdırmırıq ama texniki dəyişikliklər olacaq.

"Finans.az" xəbər verir ki, bunu Vergilər naziri Mikayıl Cabbarov Aİ-Azərbaycan Biznes Forumunda çıxışında deyib.

Nazir bildirdi ki, bir sıra sahələrdə islahatların nəticələri müsbətdir. "Baxmayaraq ki, vergi yükü azaldılıb lakin vergi daxilolmaları artıb. Vergi yoxlamalarının həcmi azaldıla da, bu il vergi ödənişlərinin 92%-ni könüllü vergi ödənişləri təşkil edib".

Həmçinin nazir əlavə edib ki, Azərbaycanda biznes mühitinin qorunması üçün əsas problem kölgə iqtisadiyyatının fəsadları və qanunsuz sahibkarlıqdır: "Qeyri neft sektorunda fəaliyyət göstərən və əmək haqqını 8000 manata qədər olan muzdlu işçilərə şamil olunan 0 dərəcə vergi bu il 66 mindən çox yeni əmək müqaviləsinin qeydə alınmasına səbəb olub".