"Həzi Aslanov" metrosu əsaslı təmir olunacaq - Gələn il

  • 8 Noyabr, 2019 15:38

Gələn il metronun "Həzi Aslanov" stansiyasının əsaslı təmirinə başlanılacaq.

"Finans.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin baş mühəndisi Əlixan Osmanov deyib.

Onun sözlərinə görə, hazırda layihə smetasının hazırlanması işləri aparılır.

"Yaxın gələcəkdə həmçinin “Nizami” stansiyasının da eskalatorlarının dəyişdirilməsi ilə əlaqədar təmir işləri aparılacaq. Bundan başqa, digər texniki istismara bağlı işlərimiz də var ki, onlar da yerinə yetiriləcək", - deyə Ə. Osmanov qeyd edib.


Mənbə: apa.az