Gələn il "Bakı Metropoliteni" 40 milyon manat subsidiya alacaq

  • 18 Oktyabr, 2019 17:47
Gələn il

2020-ci ildə dövlət büdcəsindən "Bakı Metropoliteni" QSC-yə 40 milyon manat subsidiya ayrılacağı gözlənilir.

"Finans.az" xəbər verir ki, bu barədə gələn ilin dövlət və icmal büdcələrinin layihələrində qeyd olunub.

Bundan başqa, hesabat dövründə "Azərbaycan Hava Yolları" QSC-yə 10 milyon manat (Naxçıvan MR-ə həyata keçirilən aviareyslərə görə yaranmış zərərin ödənilməsi üçün), "Azərkosmos" ASC-yə 28 milyon manat vəsait ayrılması nəzərdə turtulub.