"Galaxy Note 10" və "Note 10 Plus"ın qiymətləri sızdırıldı

  • 12 İyul, 2019 15:06

"Samsung"un ən çox gözlənən flaqman modelləri "Galaxy Note 10" və "Note 10 Plus"ın qiymətləri sızdırılıb.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, smartfonların 128 GB yaddaş xüsusiyyətli "Galaxy Note 10" modelinin qiyməti 1126 dollar olacaq. "Galaxy Note 10 Plus"ın eyni yaddaşa malik versiyasının isə 1249 dollara satışa çıxarılacağı iddia olunub.

256 GB yaddaş xüsusiyyətinə malik modellərdə isə qiymət fərqinin 80-100 dollar olacağı gözlənilir.

Qeyd edək ki, qiymət iddiası "WinFuture" redaktoru Roland Quandt tərəfindən edilib.