"Galaxy Note 10" 5 arxa kameraya malik olacaq

  • 5 İyul, 2019 11:39

"Samsung"un cari ilin 7 avqust tarixində tanıdılması gözlənilən "Galaxy Note 10" smartfonları haqqında yeni özəlliklər ortaya çıxıb.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, yeni model smartfonların 5 arxa kameraya sahib olacağı bildirilir.

"Huawei"in ardından "Samsung" da smartfonlarında ToF kameralara yer verəcək ki, bu kameralar görüntünün dəqiqliyini və gerçəkliyini daha da artırır. Belə ki, "Galaxy Note 10 Pro" modelində 2 ToF kameranın və əlavə 3 kameranın olacağı gözlənilir. Lakin "Galaxy Note 10" modelində isə ToF kameraların olmayacağı iddia olunur.