“Foxconn” şirkəti “Fisker” elektromobillərinin istehsalı ilə məşğul olacaq

  • 25 Fevral, 2021 09:30
“Foxconn” şirkəti “Fisker” elektromobillərinin istehsalı ilə məşğul olacaq

“Apple” korporasiyasının əsas podratçısı “Foxconn” ABŞ-ın elektromobil istehsalçısı olan “Fisker” şirkəti ilə birgə elektrik mühərrikli avromobilin hazırlanması üzərində işləyəcək.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, “Fisker” elektomobilin layihələndirilməsi və bazara çıxarılması ilə, “Foxconn” isə hissələrin tədarükü, yığılma və logistika ilə bağlı işləri icra edəcək.

Qeyd edilir ki, gələcək elektromobilin istehsalına 2023-cü ilin dördüncü rübündə başlanması planlaşdırılır, Müştərək məhsul qlobal bazara, o cümlədən Şimali Amerika və Avropaya, həmçinin Çin və Hindistana istiqamətlənmiş olacaq. Şirkətlər ildə 250 mindən çox avtomobil istehsal etmək niyyətindədir.