Qəza zamanı “Forma 4”ün alınması asanlaşır: Artıq elektron olacaq

  • 24 İyun, 2019 11:26
Qəza zamanı “Forma 4”ün alınması asanlaşır: Artıq elektron olacaq

İcbari sığorta növləri üzrə sığorta tələblərinin vahid informasiya sistemi üzərindən mərkəzləşdirilmiş qaydada qeydiyyatını əks etdirən"Hadisələrin elektron idarəedilməsi sistemi" iyunun 28-də təqdim olunacaq.

"Finans.az" xəbər verir ki, bunu İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Rəşad Əhmədov deyib. R. Əliyevin sözlərinə görə, artıq veb sistem hazırdır və sınaq mərhələləri tamamlanıb.

Qeyd edək ki, bu sistemlə Daxili İşlər Nazirliyinin təqdim etdiyi arayışın (Forma-4) əldə edilməsi avtomatlaşdırılacaq.