"Ford"dan "Tesla"nın əsas rəqiblərindən birinə 500 milyonluq dəstək

  • 24 Aprel, 2019 18:35

ABŞ-ın startapı “Rivian Automotive” avtomobil istehsalçısı “Ford Motor” şirkətindən 500 milyon ABŞ dolları həcmində investisiya cəlb edib.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, “Ford” sadəcə pul vermir istehsalçı “Rivian” platformasında elektomobilin hazırlanmasında iştirak edəcək və onun nümayəndəsi “Rivian”ın 7 nəfərdən ibarət İdarə Heyyətinə daxil ediləcək.

Xatırladaq ki, elektrikli pikap hazırlanması ilə məşğul olan və “Tesla”nın əsas rəqiblərindən sayılan “Rivian” bu ilin fevralında 700 milyon dollar cəlb etdi ki, bununda əhəmiyyətli hissəsi “Amazon”un payına düşüb.