"Fitch" Türkiyənin iqtisadi artımının sürətlənəcəyini proqnozlaşdırır

  • 14 Yanvar, 2021 14:27

Yeni növ koronavirus infeksiyasına (COVID-19) qarşı vaksinasiyanın başlaması və karantin məhdudiyyətlərinin yumşaldılması Türkiyə iqtisadiyyatının artım tempini sürətləndirəcək.

“Finans.az”ın verdiyi məlumata görə, bunu "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin direktoru Duqlas Uinslou deyib.

Onun sözlərinə görə, bu, ilin ikinci yarısına yaxın baş verəcək. "Fitch Ratings" 2021-ci ildə Türkiyə iqtisadiyyatının 3,5% artacağını proqnozlaşdırır.

Reytinq agentliyinin rəhbəri pandemiya ilinin nəticələrinə görə, ÜDM-in artım tempinin təxminən 0,2% olacağını düşünür: "Türkiyənin real effektiv valyuta məzənnəsi (REER) indeksi məhdudiyyətlər altında 2020-ci ildə 18% enib. Ölkənin artan ixracat üzrə rəqabət qabiliyyəti son illərdə iqtisadiyyatın arxasında duran qüvvələrdən biri olub".

Uinslou reytinq agentliyinin yaxın gələcəkdə Türkiyənin valyuta ehtiyatlarında ciddi artım gözləmədiyini də qeyd edib.


Mənbə: apa.az