“Fitch” SOCAR-ın reytinqini təsdiqlədi

  • 8 Fevral, 2019 17:30
“Fitch” SOCAR-ın reytinqini təsdiqlədi

“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) uzunmüddətli defolt reytinqini (Long-Term Issuer Default Rating IDR) “BB+”, qısamüddətli IDR-i isə “B” səviyyəsində təsdiqləyib.

“Finans.az” xəbər verir ki, bundan əlavə agentlik SOCAR-ın əsas qorunmayan reytinqini (senior unsecured rating) isə “BB+”, reytinq üzrə proqnozunu isə sabit olaraq müəyyən edib.

“Fitch” hesab edir ki, SOCAR neft və qaz layihələrinin inkişaf etdirilməsində böyük rola malikdir və dövlət onun sosial funksiyalarını nəzərə alır.


Mənbə: report.az