"Fitch Ratings" Azərbaycanın xarici dövlət borcu ilə bağlı proqnozlarını açıqlayıb

  • 16 may, 2021 13:21

2021-ci ildə Azərbaycanda xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti 18,1 faiz səviyyəsində proqnozlaşdırılır.

"Finans.az" bu barədə "Fitch Ratings" agentliyinin hesabatına istinadən məlumat verir.

Qeyd olunur ki, ötən il bu göstərici 21,4 faizə bərabər idi.

Agentliyin proqnozuna əsasən, 2022-ci ildə Azərbaycanın xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti 17,6 faiz təşkil edəcək.

Xatırladaq ki, "Fitch" Azərbaycanda ÜDM-nin 2021-ci ildə 2,1 faiz, 2022-ci ildə isə 2,9 faiz artacağını proqnozlaşdırıb.


Mənbə: az.trend.az