"Fitch": Gələn il neftə tələbatın tam bərpa olunma ehtimalı azdır

  • 2 Dekabr, 2020 15:29

Qlobal neft və qaz bazarları 2021-ci il ərzində bərpa olunacaq, lakin əhalinin peyvənd olunmasında sürətli irəliləyiş olmadığı təqdirdə neftə tələbatın tam bərpa olunma ehtimalı azdır.

"Finans.az"ın məlumatına görə, bu barədə "Fitch" reytinq agentliyinə açıqlamasında deyilir.

Qeyd olunur ki, qlobal neft-qaz bazarı 2021-ci ildə bərpa yoluna düşəcək, lakin irəliləyişlər orta səviyyədə və qeyri-müəyyən olacaq. "Fitch" ekspertlərinin fikrincə, "OPEC+" razılaşması çərçivəsində yerinə yetirilən tədbirlər 2021-ci ildə qiymət dəyişkənliyini aradan qaldırılmasına yönəldiləcək və volatilliyin azaldılmasına kömək edəcək. Buna baxmayaraq, "OPEC+" çərçivəsində yerinə yetirilən məhdudiyyətlər2020-ci ilin əvvəli ilə müqayisədən daha lokal və zəif səviyyədə olacaq.

Təbii qaz qiymətləri baxımından "Fitch" tələbatın yüksək olması səbəbindən qlobal ortalamanın 2021-ci ildə yüksələcəyini gözləyir, lakin qlobal mayeləşdirilmiş təbii qaz (LNG) bazarının iş qabiliyyətindən əziyyət çəkməyə davam edəcəyini qeyd edir.


Mənbə: apa.az