“Fitch” "Cənub Qaz Dəhlizi" QSC-nin reytinqini təsdiqləyib

  • 13 Mart, 2020 15:36
“Fitch”

"Fitch" beynəlxalq reytinq agentliyi "Cənub Qaz Dəhlizi" QSC-nin avrobondlarının uzunmüddətli xarici valyutadakı reytinqini təsdiq edib.

“Finans.az” xəbər verir ki, "Cənub Qaz Dəhlizi" QSC-nin avrobondlarının uzunmüddətli xarici valyutadakı reytinqi "BB+" səviyyəsində təsdiq olunub.

Reytinq üzrə proqnoz stabildir.

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” QSC ölkə Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 2014-cü il 25 fevral tarixli sərəncamı əsasında yaradılıb. QSC-nin səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsusdur. “Cənub Qaz Dəhlizi” QSC Azərbaycandan Avropaya təbii qazın çatdırılması üçün hazırda inşası davam edən, uzunluğu 3 500 km-dən artıq olan və Avropa İttifaqı tərəfindən dəstəklənən Cənub Qaz Dəhlizi beynəlxalq qaz layihəsində Azərbaycanın maraqlarını təmsil edən şirkətdir.


Mənbə: report.az