"Fitch": Bu il Çin iqtisadiyyatı 2,7% artacaq - PROQNOZ

  • 29 İyul, 2020 17:45

"Fitch" beynəlxalq reytinq agentliyi Çin iqtisadiyyatının bu il 2,7% artacağını proqnozlaşdırır. Bu isə əvvəlki proqnozdan 1,5 faiz bəndi yüksəkdir.

“Finans.az”ın agentliyə istinadən verdiyi məlumata görə, bu, “Fitch”in qiymətləndirdiyi ölkələr arasında ən yüksək artım proqnozudur. 2021-ci ildə ÜDM istehsalının 7,5%, 2022-ci ildə isə 5,5% artacağı gözlənilir.

Agentliyin proqnozlarına əsasən, 2020-ci ildə Çinin konsolidəolmuş dövlət büdcəsinin kəsirinin ÜDM-ə nisbəti ötən il qeydə alınmış 4,9%-dən 11,1%-ə qalxacaq. Ümumi dövlət borcunun ÜDM-yə nisbətinində 9 faiz bəndi artaraq bu ilin axrına 56% təşkil edəcəyi güman edilir.

Qeyd edək ki, “Fitch” Çinin xarici və yerli valyutada emitentin uzunmüddətli defolt reytinqini (IDR) “A+” səviyyəsində, reytinq üzrə proqnozu isə “stabil” təsdiqləyib.


Mənbə: apa.az